Ermənistan prezidenti Armen Sarkisyan bu gün parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Qeyd edək ki, Konstitusiyaya görə baş nazirin istefasından sonra iki iclasda millət vəkilləri yeni baş naziri seçə bilmədiyi təqdirdə parlament buraxılmalıdır.