Deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası noyabrın 6-na təyin edilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.
Xatırladaq ki, zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.
Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub.
Milli.Az