O, günahını etiraf etdi

O, günahını etiraf etdi
13:51 13 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı əsgər Valeri Permyakov 6 nəfərlik erməni ailəsini güllələdiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, Permyakov gəzmək üçün hərbi bazanı tərk ediyini deyib. O, təsadüfən Avetisyanovların evinin yaxınlığına çatıb. O, dindirmə zamanı ifadəsində bildirib ki, içmək istəyib. Bunun üçün Avetisyanovlara yaxınlaşıb. Bundan sonra da qətli törətdiyini deyib.

Lakin əsgərin ailəni konkret olaraq hansı səbəbdən güllələdiyi bildirilmir. Məlumatda həmçinin bildirilir ki, rus hərbçinin erməni ailəsi ilə heç bir əlaqəsi olmayıb.

Hazırda Ermənistanla Rusiya arasında istintaqın hansı tərəfin aparması ilə bağlı danışıqlar gedir. Permyakovun özü isə Rusiyanın hərbi bazasında saxlanılır və Ermənistan hüquq mühafizə orqanlarına verilməyib.

Xatırladaq ki, yanvarın 12-də səhər Ermənistanın Gümrü şəhərində 6 nəfərlik Avetisyan ailəsi güllələnib. Güllə yarası alan ailənin 5 nəfəri yerindəcə keçinib. Yaralananlardan birinin azyaşlı uşaq olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR