Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, əvvəlki dövrdə yük avtomobillərinin müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib.

Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.

Paytaxta girişinə qadağa qoyulan yük maşınları hansı yolla getməli? - Marşrutlar

Bakıda yük maşınlarına ciddi qadağa