Virtualaz.org saytı xəbər verir ki, dava eskalatorda baş verib. Eskalatora minən iki gənc oğlan arasında mübahisə düşüb.Bir neçə dəqiqə əvvəl metronun “Elmlər Akademiyası” stansiyasında əlbəyaxa dava düşüb
Mübahisə daha sonra elə eskalatorun üstündəcə əlbəyaxa davaya çevrilib. Dava zamanı eskalator sürahisinin üstündəki lampalar qırılıb. Nəzarətçi ekskalatorun hərəkətini dayandırmağa məcbur olub.
Hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, dava edən gənclər daha sonra hadisə yerindən qaçıblar. Məlumata görə, davanın baş verməsinə səbəb gənclərin bir-birinə yol verməməsi olub.
Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıblar.
Milli.Az