Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntı halında həblər və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.

Sabaha olan hava proqnozu açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR