Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib.

Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edərək müayinəyə göndərib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edəki, hadisə bu il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.

Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az