Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
A.Paşazadə bildirib ki, bu qüvvələr xaricdən təzyiqlərini artırıblar: “Qondarma bir soyqırımı bayraq edib, ermənilərin adından Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilən soyqırımı isə bundan ayırıb Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.
Milli.Az