Əlcəzair şirkəti Nigerdə neft

Əlcəzairin “Sonatrach” neft-qaz şirkəti Nigerdə neft ehtiyatı aşkar edib.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu barədə Niger dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, “Sonatrach” keçən ildən bu vaxtadək Niger-Əlcəzair sərhədində apardığı axtarış işləri nəticəsində ölkənin ən böyük neft yataqlarından birini aşkarlayıb. “Sonatrach” aprel ayında Kafra şəhərində təxminən 24 min kvadratkilometrlik ərazini əhatə edən neft yatağının olduğu barədə məlumat yaymışdı.

Yaxın vaxtlarda Çin Milli Neft Şirkəti (“CNPC”) ilə Niger arasında imzalanan müqaviləyə görə, “CNPC” ölkənin cənub-şərqindəki Agademdə gündəlik 90 min barrel neft çıxaracaq.

Nigerin Neft Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə gündəlik 20 min barrel neft çıxarılır. Bu müqavilədən sonra neft hasilatı sutkalıq 110 min barrelə çatacaq.

Afrikada ən yoxsul ölkələrdən biri olan Nigerdə zəngin uran ehtiyatlarının da olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR