Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə

Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi - İnformasiya və Rəqəmsal Diplomatiya İdarəsinin rəisi Anatoli Qlaz Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bəyanatını şərh edib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, Belarus XİN-in saytında dərc olunan şərhdə deyilir:

"Deyəsən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özünü cəzalandıran və ya bağışlayan beynəlxalq prokuror zənn edib. Bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi – Ermənistan vətəndaşı Yuri Xaçaturovla bağlı vəziyyətdə məqbul olması mümkün ola bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə dəqiq protokol və etiket normaları mövcuddur.

Yəqin ki, Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb".

Qeyd edək ki, N.Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini deyib. O bildirib: “Heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus Prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması "qeyri-korrekt" adlandırılmışdı.

Ermənistan Belarus və Qazaxıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.

Ermənistanın əsas narahatlığı, qısqanclığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR