Netanyahu ölkənin Müdafiə Nazirliyinə

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin Müdafiə Nazirliyinə rəhbərlik edəcək.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, hökumət başçısı həm baş nazir həm də müdafiə naziri kimi işləməyə könüllüdür. Ölkə qanunları da buna imkan verir. Qeyd edək ki, Netanyahu eyni zamanda xarici işlər naziri səlahiyyətlərini icra edir.

Lakin onun bu postu həvalə edəcəyi gözlənilir. Xatırladaq ki, Aviqdor Liberman Qəzza bölgəsində atəşkəs əldə edilməsinə etiraz olaraq, müdafiə naziri postundan istefa verib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR