Azərbaycanlılar Rusiyada

Rusiyanın Stavropol diyarında azərbaycanlıların olduğu mikroavtobusla minik avtomobili toqquşub.

Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Stavropol polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib. 6-sı azərbaycanlı olmaqla ümumilikdə 8 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Bildirilir ki, qəza avtomobilin sürüşərək mirkoavtobusun yoluna çıxması nəticəsində baş verib. Hadisəyə qeyri-sabit hava şəraitinin səbəb olduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR