Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə yaxınlaşır. İtkin düşənlərin sayı isə min nəfəri ötüb.
Metbuat.az-ın NBC telekanalına istinadən məlumatına görə, meşə yanğınları 60 min hektar əraziyə yayılıb.
Alov 10 mindən çox tikilini külə çevirib.Təbii fəlakətlə mübarizəyə 6 min yanğınsöndürən cəlb olunub. Fövqəladə vəziyyətin elan olunduğu bölgədən, 300 minə qədər insan təxliyə edilib.
Sübhan / METBUAT.az