Qəzzada toqquşma -

Qəzza bölgəsində İsrail polisi ilə fələstinli etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 50-yə qədər fələstinli yaralanıb.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, onlardan 7-sinin vəziyyəti ağırdır. Bildirilir ki, İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib.

Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edilməsinə etiraz məqsədiylə mart ayından bəri “Böyük qayıdış” adlı yürüşlər təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR