Axtarış-xilasedici qruplar qəzaya uğrayan təyyarənin qalıqlarını tapıblar.
Publika.az xəbər verir ki, Dənizli valisi Həsən Karahan təyyarədəki 2 nəfərin cəsədinin tapıldığını bildirib.
***
Türkiyənin Dənizli vilayətinin Mərkəzəfəndi mahalında təlim təyyarəsi qəzaya uğrayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda bölgədə axtarış-xilasetmə işləri başladılıb.
Dənizli valisi Həsən Karahan içində iki nəfərin olduğu təyyarənin Aydın Çıldır hava limanından qalxdığını bildirib. Təyyarənin içində olan insanların taleyi barədə hələ məlumat yoxdur.