ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner ötən həftə Səudiyyə Ərəbistanına səfər edib.

Publika.az xəbər verir ki, C.Kuşnerin səfər məqsədi səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti olub.

O, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanla görüşüb. Çərşəmbə günü gerçəkləşən görüşdə Kuşneri Donald Trampın Yaxın Şərq üzrə özəl təmsilçisi Ceyson Qrinbalt müşayiət edib.

Ağ Ev nümayəndələri isə “Politico” xəbər saytına verdiyi məlumatda Kuşnerin Yaxın Şərqə səfərinin regional məsələlər üçün nəzərdə tutulduğunu bildirib.

Zümrüd