Xəbər verdiyimiz kimi, dünən Kənd Təsərrüfatı Nazirliyi jurnalistlər üçün media-tur təşkil edib.

Tur çərçivəsində media nümayəndələri Lənkəran rayonunda olan sitrus bağı ilə tanış olub və dünyanın Azərbaycan daxil olmaqla 5 ölkəsində yetişdirilən Hallobonq meyvəsi haqqında ətraflı məlumat alıblar.

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Aqranom Xalıq Talıbov hallobonq meyvəsi ilə bağlı ətraflı məlumat verib:

"Hallobonq çox nadir yetişdirilən sitrus meyvəsidir. Diametri 8-10 sm, çəkisi isə 350-500 qram arasında dəyişir. Dünyanın Azərbaycan daxil olmaqla 5 ölkəsində ( ABŞ, Fransa, Yaponiya, Koreya) yetişdirilir. Bu meyvə dünyada dekapon, siorami və sumu adı ilə məşhurdur. Meyvə Yaponiyada 1972-ci ildə Siomi və Pantakomi mandarin sortlarından calaq yolu ilə alınıb.

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Aqronom bildirib ki:

Ölkəmizdə bu meyvə 2015-ci ildən etibarən yetişdirilməyə başlanılıb. Hazırda 10 hektar ərazidə 3791 ədəd ağac əkilib. Əkildiyi vaxtdan 2-3 il sonra məhsul veməyə başlayır. Məhsuldarlıq hər bir ağacda 30-40 kq-dır. Ancaq 10 ilə tam məhsuldarlığa düşəndən sonra hər bir ağacdan 200- 250 kiloqram məhsul götürə biləcəyik. Qulluq tələb edən bitkidir, yeri yaxşı olsa, il ərzində 3-4 dəfə məhsul almaq olar. Vitaminlərlə zəngin bitkidir və ölkəmizdə də təlabat çoxdur. Onu da bildirim ki, Mendeleyev dövri sistem cədvəlinin bütün elementləri bu meyvənin tərkibində var".

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Xalıq Talıbov onu da qeyd edib ki, məhsulumuzun satışı ilə bağlı Rusiya ilə artıq müqavilə də imzalamışıq.

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Lənkəranda yetişdirilən NADİR BİTKİ:

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov

Lənkəran