“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “8K AI Upscaling” texnologiyası sayəsində yeni televizorda praktik olaraq istənilən film və seriyalı ən yüksək keyfiyyətdə izləmək olar.
“Samsung Quantum Processor 8K” prosessoru istənilən keyfiyyətdə olan məzmunu tanıyaraq təsvirin keyfiyyətini avtomatik olaraq 8K təsvir ölçüsünə kimi yaxşılaşdırmaq imkanına malikdir.
“AI Upscaling” texnologiyası maksimum dərəcədə canlı və detallaşdırılmış təsvirin ötürülməsindən başqa səsin yaxşılaşdırılması funksiyasına da malikdir.
Emil Hüseynov