Ev uçdu, 7 nəfərlik ailə çöldə qaldı

Ev uçdu, 7 nəfərlik ailə çöldə qaldı
17:39 13 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü qardan sonra evin kürsü hissəsi çöküb

Ağdaş rayonunda fərdi yaşayış evi uçub, bir ailə evsiz qalıb.

 

Hadisə rayonun Yuxarı Qəsl kəndində baş verib. Kənd sakini Tərlan İbrahimova məxsus fərdi yaşayış evi qəfildən uçub.

 

Ev sahibi Lent.az-a bildirib ki, son günlər rayona yağan qar səbəbindən evin kürsü hissəsi, daha sonra divarları çökərək qəzalı vəziyyətə düşüb.

 

Evin bir tərəfi tamamilə dağılıb, digər tərəfi isə qəzalı vəziyyətə düşüb. Hazırda ailə qonşuların evində gecələməli olur. Ev sahibi evdəki əşyaları həyətdəki çadırın atına yığıb.

 

Ev sahibi hadisə ilə bağlı rayon icra hakimiyyətinə və Fövqəladə Hallar Komissiyasına məlumat verib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR