Bakı Ağır Cinayətlər Məhkəməsində çalışdığı sexin müdirini qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.
İttihama görə, paytaxtın "NZS" yaşayış məntəqəsində çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqla qətlə yetirib.
Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Milli.Az