Atatürk prospektində təhlükəli tapıntı – FOTO

Atatürk prospektində təhlükəli tapıntı – FOTO
21:42 6 Dekabr 2018
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda əl qumbarası, civə və partladıcı aşkarlanıb.

Milli.Az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) verilən xəbərə görə, quruma Bakı şəhərinin Binəqədi rayonunun Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Binəqədi Rayon Polis İdarəsinin və FHN-in Mülki Müdafiə Qərargahı radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılmış təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kiloqram civə maddəsi aşkarlanıb.

Ətrafda 500 kvadratmetr əraziyə yerüstü və 9 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq agentliyin mütəxəssisləri tərəfindən bir ədəd UZRQM partladıcısı tapılıb.

Şüşə qabda aşkar olunmuş 1 kiloqram civə maddəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına aidiyyəti üzrə təhvil verilib, bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı isə agentliyin mütəxəssisləri tərəfindən götürülərək məhv edilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/710409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR