Qurban Qurbanov İSTEFA VERDİ

Qurban Qurbanov İSTEFA VERDİ
13:43 8 Dekabr 2018
113 İdman
Ölkə mətbuatı
A- A+

Qurban Qurbanov milli komandadan istefa verib.

Publika.az xəbər verir ki, bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.

"Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini "Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, - deyə Qurbanov bildirib.

Qeyd edək ki, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub.

Həmçinin aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirəyə çıxarılıb, Hakimlər Komitəsinin tərkibi təsdiqlənib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR