Xəzərdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi - FOTO

Xəzərdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi - FOTO
10:05 10 Dekabr 2018
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə "kömək edin" işarəsini göstərmələri müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan "MA-10181" bort nömrəli "Yamaha - 40" mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb.

DSX-nin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/711185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR