Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında Gümrüdə bir ailənin qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilib.
ANS TV-nin “ArmToday” saytına istinadən verdiyi məlumata görə, etirazçılar Rusiya hərbi bazasının ölkədən çıxarılmasını və Rusiyanın Ermənistandakı səfirinin geri çağırılmasını tələb edirlər.
Vətəndaşlar Rusiya Federasiyasından rəsmi izahat gözləyirlər. Etirazçılar hesab edirlər ki, Rusiya Ermənistan xalqından üzr istəməlidir.
Xatırladaq ki, ötən gün Ermənistanın Gümrüdə 6 nəfərdən ibarət bir ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Permyakov törədib.