"Bozbash Pictures"dən ARB-yə keçdi - VİDEO

"Bozbash Pictures"dən ARB-yə keçdi - VİDEO
14:13 11 Dekabr 2018
137 Şou
Ölkə mətbuatı
A- A+

"Bozbash Pictures"in “Şirini” - aktyor Nicat Rəhimov yeni seriala çəkilib.

Publika.az xəbər verir ki, məşhur aktyor ARB TV də yayımlanan “Baldız” serialında tamaşaçıların qarşısına çıxıb. Onun yeni obrazı izləyicilər tərəfindən olduqca müsbət qarşılanıb.

İlkin Həsəninin sözlərinə görə, "Bozbash pictures"in qəhrəmanları ayrı-ayrılıqda film və seriallara çəkilsə də, komanda sadəcə həftəlik fəaliyyətini dayandırıb.

"Belə mövzular olanda hamı fikirləşir ki, onların da komandası dağıldı. Amma biz dağılmamışıq, müəyyən bir fasilə vermişik. Daha möhtəşəm, ciddi hazırlaşmaq, bir də tamaşaçıları darıxdırmaq üçün. Üzərimizə ailə məsuliyyəti gəlib. Bizi gözləyən, darıxdığımız insanlar, uşaqlar var" , deyə aktyor sözlərinə əlavə edib.

Qeyd edək ki, Fəlakət kimi tanınan Elşən Orucov ötən ay yeni filmi ilə tamaşaçıların qarşısına çıxıb. Ekran işinin Şöşüsü Ramil Babayev isə aparıcı kimi fəaliyyətini davam etdirir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/262749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR