Hakerlər banklara korporativ şəbəkələrə birbaşa qoşulmaqla hücum edirlər

Hakerlər banklara korporativ şəbəkələrə birbaşa qoşulmaqla hücum edirlər
10:35 12 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bu ay "Kasperski laboratoriyası" antivirus şirkəti Avropa banklarına kiberhücumların edilməsini açıqlayıb. Yeni haker kampaniyası "DarkVishnya" adlanır.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 2017-2018-ci illərdə baş verən kiberhücumlar çərçivəsində cinayətkarlar tərəfindən zərərli proqram təminatının quraşdırıldığı qurğulardan istifadə olunub. Qurğular bankların binasına yerləşdirilib və ya fiziki olaraq korporativ şəbəkələrə qoşulub. Bunlar noutbuklar və ya kiçik birplatalı kompüterlər, eləcə də "USB" hücumların həyata keçirilməsi üçün xüsusi qurğular ola bilər.

Məlumata görə, hücum zamanı kibercinayətkarlar ümumi şəbəkə qovluqlarına, internet serverlərinə və s. çıxış əldə etməyə çalışıblar. Oğurlanan məlumatlar ödənişlərin həyata keçirilməsi və ya cinayətkarlar üçün faydalı olan digər server və işçi stansiyalara qoşulmaq üçün istifadə edilib. Maliyyə müəssisəsinin infrastrukturunda uğurla möhkəmləndikdən sonra hakerlər məsafədən idarəetmə üçün qanuni proqram təminatından istifadə etməyə başlayıblar.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58135-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR