Metroda həyəcan: 30 yaşlı qadın qatar yoluna yıxıldı

Metroda həyəcan: 30 yaşlı qadın qatar yoluna yıxıldı
20:24 13 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə "Neftçilər" stansiyasında baş verib

Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qadın qatar yoluna yıxılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu gün saat 17:32-də “Həzi Aslanov - İçərişəhər" marşrutu ilə hərəkət edən 5 saylı qatar “Neftçilər” stansiyasından tərpənəndən sonra 1985-ci il təvəllüdlü Əliyeva Sevinc qatar yoluna düşüb.

 

O dəqiqə qatar reysləri gərginlikdən ayrılıb. Sərnişin oradan çıxarılıb və heç bir xəsarət almayıb.

N. Paşayev mətbuatda guya "Neftçilər" stansiyasında  8-9 yaşlarında oğlan uşağının metro qatarının sonuncu vaqonunun arxasına düşməsi və qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənməsi barədə xəbərin həqiqətə uyğun olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR