Azərbaycan kubokunda iddialılar mübarizəyə başlayır

Azərbaycan kubokunda iddialılar mübarizəyə başlayır
19:23 14 Dekabr 2018
37 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Matç.az saytı xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 qarşılaşma baş tutacaq.

Görüşlər iki gün ərzində keçiriləcək. Ötən mövsüm Topaz Premyer Liqasında ilk 4 yeri tutan komanda mübarizəyə bu raunddan qoşulacaq. Çempionatın əsas favoritləri, kubokda da iddialı sayılan “Neftçi” və “Qarabağ” ilk oyunlarına çıxacaq.

Mərhələyə “Dalğa Arena”da start veriləcək. “Zirə” öz meydanında “Səbail”i qəbul edəcək. Topaz Premyer Liqasında uğursuz çıxış edən meydan sahibləri bunu kubokda mərhələ keçməklə sığortalamağa çalışacaqsa, qonaqlar hər iki cəbhədə eyni səviyyədə oynamaq iqtidarında olduğunu təsdiqləməlidi.

İlk oyun gününə “Netçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. 11 gündə 3 dəfə qarşılaşmalı olan rəqiblər ikinci dəfə paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Çempionatda rəqibini büdrədən qonaqlar yenə uğur qazanmağa köklənibsə, bakılılar son turdakı xal itkisinin əvəzini çıxmaq əzmindədi.

Ötən mövsümün finalçılar ikinci oyun günündə meydana çıxacaq. Öndə “Qəbələ” öz meydanında “Sabah”ı sınağa çəkəcək. İlk dəfə bu raunda yüksələn qonaqlar yarımfinala adlamaq əzmindədisə, “qırmızı-qarlar” növbəti dəfə 1/4 final səddini keçmək niyyətindədi.

İlk oyunlara “Qarabağ”la “Keşlə”nin matçı ilə yekun vurulacaq. Son çempionla kubokun sahibi üz-üzə gələcək. Ağdam klubu ötənilkindən fərqli bu dəfə yarımfinala çıxmaq fikrindədi. Paytaxt təmsilçisi isə titulunu qorumaq, həm də çempionatdakı 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

15 dekabr (şənbə)

17:00. “Zirə” – “Səbail”
Dalğa Arena. Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

19:00. “Neftçi” – “Sumqayıt”
Bakcell Arena. Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah”

Qəbələ şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

19:00. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/263134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR