Rus musiqisində ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın tanınmış qruplarından olan “A’Studio”nun ilk solisti Batırxan Şukenov həyatının 52-ci ilində gözlərini əbədi yumub.

Yerli mətbuatda yayılan ilkin iddialara əsəsən, müğənninin infarktdan öldüyü bildirilir. Ölümün təfərrüatları hələlik bəlli deyil.

Belə bir istedadlı müğənninin həyatdan köçməsi nəinki onun rus pərəstişkarlarını, hətta azərbaycanlı sənətçilərdən bəzilərini də kədərə qərq edib. Bu barədə “Eurovision 2008” təmsliçimiz olan Samir Cavadzadə də öz hisslərini bölüşüb.

Qeyd edək ki, Batırxan Şukenov ötən ilin yay aylarında paytaxtımızın qonağı olmuşdu.





Rusiya musiqisində böyük itki (VİDEO)

Rusiya musiqisində böyük itki (VİDEO)

Rusiya musiqisində böyük itki (VİDEO)

Rusiya musiqisində böyük itki (VİDEO)

Rusiya musiqisində böyük itki (VİDEO)
Mənbə
ANS PRESS