Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq

Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq
20:17 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

2020-ci ildə dünyada kütləvi işsizlik olacaq. Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Milli Məclisdə (MM) çıxışı zamanı Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında professor Daniel Susskind deyib.

O qeyd edib ki, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı, onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:

"Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür".

Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşıda dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq:

"Bu istiqamətdə ciddi düşünməyə ehtiyac var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/712865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR