Fransada ara sakitləşmir: aksiyalarda azı 66 min nəfər iştirak edib

Fransada ara sakitləşmir: aksiyalarda azı 66 min nəfər iştirak edib
09:17 16 Dekabr 2018
56 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada "sarı jiletlilər"in dekabrın 15-də keçirilən növbəti etiraz aksiyalarında azı 66 min nəfər iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BFM telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, Parisdə etirazçıların sayı 3 min nəfərdən çox olmayıb.

Telekanal qeyd edir ki, ötən şənbə günü nümayişçilərin sayı 126 min nəfərə çatmışdı.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağının qiymətinin bahalaşmasına, vergilərin artırılmasına qarşı çıxan "sarı jiletlilər" hərəkatının kütləvi etiraz aksiyaları keçirilir. Nümayişlər bir sıra hallarda polislə toqquşmalar və iğtişaşlarla müşayiət olunur. Son məlumata əsasən, aksiyaların gedişində indiyədək 7 nəfər həlak olub, 4,5 mindən çox etirazçı saxlanılıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR