“Evimin qarşısında səs salmayın” deyib 3 nəfəri güllələdi – FOTOLAR

“Evimin qarşısında səs salmayın” deyib 3 nəfəri güllələdi – FOTOLAR
15:08 16 Dekabr 2018
58 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Türkiyənin Kütahya şəhərində 3 nəfər güllələnib.

Publika.az “Demirörün” xəbər agentliyinə istinadən məlumat verir ki, gecə saat 02:30 radələrində şəhərin Pirler məhəlləsində Sezai K adlı sakin gecə saatlarında evinin qarşısında səs-küy salan şəxslərlə mübahisə edib. Mübahisəyə onun evində qonaq olan Mustafa Ç. Adlı şəxs də qoşulub. Gənclərin səs-küy salmağa davam etdiyini görən ev sahibi və qonağı silah pəncərədən atəş açmağa başlayıb. 25 yaşlı Anıl, 17 yaşlı Yalçın və onun qardaşı 16 yaşlı Salih güllə xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar.

Evdə axtarış aparan polis qanunsuz olaraq saxlanılan 2 tapança və 1 tüfəng götürüb.

Hadisəni törədən ev sahibi və qonağı tutulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/263281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR