Türkiyə klubu baş məşqçini qovdu - ARDICIL MƏĞLUBİYYƏTLƏR

Türkiyə klubu baş məşqçini qovdu - ARDICIL MƏĞLUBİYYƏTLƏR
17:03 16 Dekabr 2018
49 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Publika.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 16-cı turda keçirilən “Sivassspor” - “Ankaragücü” matçından sonra klub rəhbərliyini tənqid edən Kartal, istefaya göndərilib.

İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib. Komanda son 2 ayda qələbə üzünə həsrət qalıb.

Qeyd edək ki, “Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/263295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR