Azərbaycanda KÜTLƏVİ DAVA: yaralananlar var - FOTO

Azərbaycanda KÜTLƏVİ DAVA: yaralananlar var - FOTO
21:23 16 Dekabr 2018
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Kələntərlikəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər- 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/263307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR