Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb
22:12 16 Dekabr 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Oğrubulaq kəndi ərazisindəki meşədə qeydə alınıb.

Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Əbilov Əlirza Musaxan oğlu bir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı çiyin və kürək nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/713026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR