Abşeronda 30 yaşlı kişi itkin düşüb

Abşeronda 30 yaşlı kişi itkin düşüb
19:12 17 Dekabr 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron. 17 dekabr. REPORT.AZ Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb. 
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib. 
Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-30-yasli-genc-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR