İran prezidentinin kürəkəni istefa verdi

İran prezidentinin kürəkəni istefa verdi
20:12 17 Dekabr 2018
30 Dünya
Ölkə mətbuatı
A- A+

İranın sənaye, mədən və ticarət nazirinin müavini, Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri Kambiz Mehdizadə tutduğu vəzifədən istefa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İran prezidenti Həsən Ruhaninin kürəkəni olan K.Mehdizadə ötən cümə günü nazir müavini vəzifəsinə təyin edilmişdi.

Onun İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaniyə ünvanladığı istefa məktubunda bildirilir: "Bu dövrdə məni nazirlikdə fəaliyyət göstərməyə dəvət etdiyiniz və mənə etimad etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm".

Qeyd edək ki, K.Mehdizadənin sənaye, mədən və ticarət nazirinin müavini və Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri vəzifələrinə təyin olunması İranda ciddi qınaq obyektinə çevrilmişdi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR