Londonda naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib
Paylaş
77 baxış·1 dəq oxu
Bakı. 19 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı London şəhərinin şərq bölgəsində yerləşən bir tibb mərkəzində naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib. “Report” “The Telegraph”a istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb. Hadisə yerinə gələn polis həmin adamı saxlayıb. Araşdırma aparılır.