Samir Abasov: "Nə deyim ki, kiminsə xətrinə dəyməyim?"

Samir Abasov: "Nə deyim ki, kiminsə xətrinə dəyməyim?"
18:47 19 Dekabr 2018
20 İdman
Ölkə mətbuatı
A- A+

"Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyirdk. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyildi. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".
Fanat.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"i 3:2 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib. 
Baş məşqçi "Yarımfinalda kimi rəqib görmək istərdiniz" sualına belə cavab verib: "Yaxşı sualdı. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?"
Samir Abasov qış fasiləsində komandadan hansı futbolçuların gedəcəyi ilə bağlı suala da cavab verib: "Bu gün elə bir futbolçu yoxdu. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki nəfər oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdı. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq".
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/samir-abasov-ne-deyim-ki-kiminse-xetrine-deymeyim/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR