Çinin Hebey əyalətində yerləşən Lanfan şəhərinin hakimiyyət orqanları ictimai yerlərdə və ticarət obyektlərində Milad bayramı ilə bağlı istənilən tədbirləri qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "South China Morning Post" qəzetinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanlarının müvafiq göstərişinə əsasən, hüquq-mühafizə təşkilatları küçələrdə yolka qurulmasına, santa-klaus fiqurlarının və digər yeni il atributlarının qoyulmasına yol verməməlidir. Bundan başqa, şəhər parklarında və digər ictimai yerlərdə keçirilən "dini təbliğat" tədbirləri tam nəzarətə götürülməli, hakimiyyət orqanlarına bu barədə operativ məlumat verməlidir.

Katolik Milad bayramı Çində rəsmən qeyd olunmur. Buna baxmayaraq, Pekində və ölkənin bir çox digər şəhərlərində Milad atributlarına adi yanaşılır və adətən onlara qadağa qoyulmur.

Milli.Az