"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.
Nazir bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur.
C.Bayramov əlavə edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.