"Mançester Yunayted"dən qovulan portuqaliyalı baş məşqçi Jose Mourinyonun yaşadığı lüks oteldən ən az 500 min fund sterlinqlik (təxminən 650 min dollar) hesabla çıxdığı iddia edilir.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, Mourinyo iki il yarım Mançester şəhərindəki "The Lowry" adlı beş ulduzlu oteldə yaşayıb. O, 895 gün həmin otelin xüsusi qonağı olub.
"Times" qəzetinin yazdığına görə, Mourinyo çərşənbə axşamı günü otelin açarlarını təhvil verib.
Otelin bir gecəlik qiyməti 600 sterlinqdir. Mourniyonun illik gəliri isə 15 milyon fund sterlinq.
Mourinyo bir müddət əvvəl BBC-yə verdiyi açıqlamada "Kimsə oteldə yaşadığıma görə üzülməsin, çaya baxan lüks otağım var" söyləyib.
Oteldən hazırlanan fotoreportajda görünür ki, soyuducunun qapısında nasazlıq var, DVD pleyer işləmir.
Milli.Az otel otağından çəkilən fotoları təqdim edir:
Fuad
Milli.Az