Koçaryanın 3 milyonluq qızılı oğurlanıb

Ermənistan Polisinin rəis müavini, polis polkovniki Ovanes Koçaryanın dünən İrəvandakı qarət edilən evindən 3 milyon dram məbləğində qızıl oğurlanıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Koçaryanın özü mətbuata açıqlamasında deyib.

“Oğurlanan qızıllar mənim bütün varidatım idi. Çox ehtimal ki, oğrular bunun mənim evim olduğunu bilirdi və elə buna görə də evə daxil olub. Hansısa yolla evin açarlarını uyğunlaşdıra biliblər və qapını açaraq pulların gizlədildiyi yeri axtarmağa başlayıblar. Çünki evimdəki bütün əşyalar dağıdılmışdı. İndi dəymiş ziyanın dəqiq məbləğinin müəyyənləşdiirlməsi üçün ekspertiza təyin olunub. Yəqin oğrular zənn ediblər ki, mən varlı vəzifəli şəxsəm” – Koçaryan vurğulayıb.

Qeyd edək ki, ötən gün polis polkovnikinin evinin qarət olunması xəbəri sosial şəbəkələrin erməni istifadəçiləri arasında bu gülüş hədəfinə çevrilmişdi. Məsələyə münasibət bildirənlərin əksəriyyəti sual edib ki, Ermənistan Polisinin yüksək vəzifəli şəxsləri heç öz yaşadıqları evin təhlükəsizliyini qoruya bilmədikləri halda, kriminallığın artdığı Ermənistanda vətəndaşların təhlükəsizliyinə necə zəmanət verə bilərlər?

Qışın ilk gününün proqnozu - Güclü külək əsəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR