​NATO Baltik dənizində əməliyyata başladı

NATO Baltik dənizində təxribatların qarşısını almaq üçün “Baltic Guardian” əməliyyatına başlayıb.

Metbuat.az xəbər verir ki, əməliyyat çəkindirmə qabiliyyətini artırmaq məqsədi daşıyır. Məqsəd Baltik dənizində kritik infrastruktura qarşı təxribat cəhdlərini zərərsizləşdirməkdir. Bunun üçün bölgəyə pilotsuz dəniz nəqliyyat vasitələri, sualtı qayıqlar, gəmilər və təyyarələrdən ibarət işçi qrupu yerləşdiriləcək. Bildirilir ki, Baltik dənizində boru kəmərləri və internet kabellərinin zədələnməsinin ardınca bölgədə təhlükəsizliyi artırmaq üçün NATO- əməliyyat başladıb.

NATO-nun baş katibi Mark Rutte əməliyyat çərçivəsində Baltik dənizində təhlükəsizlik tədbirlərinin artırılacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı