Qəzzada atəşkəs razılaşması əldə edilmək üzrədir

Qətərin paytaxtı Dohada Qəzzada atəşkəs və əsir mübadiləsinə dair İsrail və HƏMAS arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS yazılı açıqlama verib. Açıqlamada deyilir ki, tərəflər razılaşmanın yekun detallarını müzakirə edir. Bəyanata görə, Fələstin qruplarının liderləri ilə Dohadakı danışıqlarda əldə olunan irəliləyişlə bağlı bir sıra görüşlər və məsləhətləşmələr aparılıb. Açıqlamaya görə, Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında aparılan danışıqlar məhbusların mübadiləsi və hücumların dayandırılması ilə bağlı yekun razılaşmanın formalaşdırılması üçün intensiv şəkildə davam edir.

Qeyd edək ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail və HƏMAS arasında əsir dəyişdirmə müqaviləsinin təfərrüatlarının 90 faizi razılaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı