Harvard Universitetinin rəsmi saytında

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Bakı prosesi: Dialoq və əməkdaşlığın 10 illik təcrübəsi” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə “Bakı prosesi” təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin dekabrında irəli sürüldüyü, bununla da yeni əməkdaşlıq formatının təməlinin qoyulduğu qeyd edilir. Beynəlxalq platforma olan “Bakı prosesi”nin əsas məqsədi isə mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun effektiv və real mexanizmini inkişaf etdirməkdir. “Bakı prosesi” Azərbaycanın mədəniyyət diplomatiyasının ən mühüm komponentidir. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyi tərəfindən Parisdə “Bakı prosesi”nin 10 illiyi yüksək səviyyədə keçirilib.

Müəllif qeyd edir ki, dünyanın tanınmış ictimai-siyasi xadimləri, ekspertləri “Bakı prosesi”nin dünyanın yeni düzəninə öz töhfəsini verdiyini vurğulayırlar. “Bakı prosesi” Azərbaycanda yaradılan yeni geosiyasi dəyərdir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış azərbaycançılıq konsepsiyasına əsaslanır. Bu ideoloji sistemin əsasında mədəniyyətlərin, milli və beynəlmiləlliyin harmoniyası dayanır.

Səfir məqalədə Azərbaycanın uğurlu xarici siyasət haqqında da geniş məlumat verib.//AzərTac


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR