Naxçıvan, 29 aprel, AZƏRTAC
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının müvafiq bəndinə əsasən, vətənpərvərlik mövzusunda filmlərin nümayişi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Əsgər atası” filmi nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənc¬lər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunan “Əsgər atası” filmi gənc və yeniyetmələr tərəfindən maraqla qarşılanıb.
Filmi 450-dək tamaşaçı izləyib.