“Report” xəbər verir ki, bu barədə məlumat "SpaceX" şirkətinin "Twitter" mikrobloquna yerləşdirilib.
Bundan əvvəl raketin buraxılışı bir neçə dəfə ertələnib.
"GPS 3 SV01" peyki "SpaceX" şirkəti ilə ABŞ Silahlı Qüvvələri arasında imzalanan müqavilə çərçivəsində fəzaya buraxılıb.
Daha əvvəl Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb.


