“Əl-Qaidə” beynəlxalq terror təşkilatı sərnişin təyyarələrini vurmağa imkan verən texnologiyalar üzərində işləyir.
Times qəzetinin yaydığı məlumata görə, bunu Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Ben Uolles bildirib. O, kəşfiyyat məlumatına istinadla qeyd edib ki, təyyarələri vurmaq üçün miniatür bombalardan və partlayıcı yüklənmiş dronlardan istifadə edilə bilər.
Təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, bomba çatdırmaq üçün nəzərdə tutulan dronların eskizləri Britaniyada aparılan təhqiqatlar zamanı aşkarlanıb.//AzərTAc
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla