Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə adi günlərlə müqayisədə bayram günlərində şəhər əhalisinin əksəriyyəti rayonlara üz tutduğundan sərnişin tələbatı az olur: “Eyni zamanda bildirmək istərdim ki, dekabrın 31-dən 1-nə keçən gecə paytaxtın inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin tələbatına uyğun tənzimlənəcək. Bununla bağlı daşıyıcılara tapşırıqlar verilib. Həmçinin tapşırılıb ki, sərnişin axını çox olacağı təqdirdə xətlərə əlavə nəqliyyat vasitələri çıxarılsın”.